Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




11.06.2010 09:52

Regionların inkişafı üzrə Dövlət Proqramının icrasının birinci ilinin yekunları qiymətləndirilib

Bu mövzuya həsr olunmuş konfransda Prezident İlham Əliyev də iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verib ki, Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaq.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub.

Sonra konfransda giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarını yüksək qiymətləndirib. Dövlət Proqramının ilk ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan dövlət başçısı Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.

Konfransda çıxış edən digər natiqlər respublikanın ayrı-ayrı şəhər və rayonlarında Dövlət Proqramının icrasının gedişi barədə ətraflı məlumat veriblər.

Prezident İlham Əliyev konfransın işinə yekun vurub.


bütün xəbərlər





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ MEHMANXANA
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  04/09/2010 05/09/2010
USD 0.8035 0.8035
EUR 1.0276 1.0300
GBP 1.2400 1.2391
RUR 0.0261 0.0262
HAVA



WestAzBuild is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek