Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




İNŞAAT KOMPLEKSİ

2009-ci ilin on bir ayının nəticələrinə  əsasən, Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) ötən ilin müvafiq müddətinə nisbətən 9% artaraq hazırkı qiymətlər ifadəsində 29,7  milyard manat ($37 milyard) təşkil etmişdir. Əhalinin adambaşına olan ÜDM həcmi 3360,7 manat ($4181,0) təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-noyabr müddətində bütün maliyyələşdirmə mənbələri hesabına əsas kapitala 6444,4 milyon manat ($8,05milyard) sərmayə qoyulmuşdur.

Tikinti-montaj işlərinə qoyulan sərmayənin həcmi ümumi sərmayələrin  69,2% təşkil edərək  4461,8 milyon manat ($5,57 milyard) məbləğində olmuşdur . Sənaye obyektlərinin tikilməsinə 4851,9 milyon manat (75,2% - $6,06 milyard), qeyri-sənaye obyektlərinin tikilməsinə isə 1592,5 milyon manat (24,8% - $1,99 milyard) sərf edilmişdir.

2009-ci ilin yanvar-noyabr müddətində respublikanın dünyanın 138 ölkəsi ilə xarici ticarət dövriyyəsi $18614,2 milyon təşkil etmişdir. Bu müddət ərzində Azərbaycan 935 adda mal ixrac etmiş, 4801 adda mal isə idxal etmişdir. Buna baxmayaraq, ixrac olunan malların dəyəri idxal olunan malların dəyərindən çox olduğu üçün, xarici ticarət dövriyyəsində müsbətdir saldo qeydə alınmışdır.


GƏNCƏ SƏNAYE MƏRKƏZİ

Azərbaycanda həcminə görə 2-ci şəhər və Gəncə-Qazax iqtisadi rayonunun sənaye mərkəzi.Rayonun ümumi sahəsi 12,49 min kv.km. təşkil edir (bu isə ölkənin 14,4%-dir).Rayonun əhali sayısı 1,14 mln. təşkil edir (bu isə ölkə əhalisinin 13,4%-dir).

Gəncə-Qazax iqtisadi rayonunun çox zəngin təbii sərvətləri var: dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı və s. Daşkəsənin filiz, alunit və xoşbulaq əhəngdaşı ölkəmizin sənayesi üçün çox əhəmiyyətlidirlər.

Azərbaycanda 2004-2008 illərdə Regionların İnkişafı üzrə dövlət proqramının başlıca məqsədlərindən biri ölkənin müxtəlif regionlarına, xüsusən də şimal-qərb regionuna investisiyaların cəlb edilməsidir

Gəncə-Qazax iqtisadi rayonu öz iqtisadi əhəmiyyətinə görə ölkəmizdə 2-ci yer almaqdadır və ölkənin ümumi sənaye məhsullarının 12-13%-ni istehsal etməkdədir. İqtisadi rayonun sənayesi əsasən çıxarma və istehsal etmə sahələrindən ibarətdir. Gəncə və Daşkəsən şəhərlərində qara və əlvan metal istehsalı üçün lazım olan xammalın çıxarılması və onların ilkin emalı yerləşir.

Yerli sənayenin əsas müəssisələrini irihəcmli panellərlə ev tikintisi, dəmir-beton zavodu, mərmər, kərpic istehsalı, yüksək keyfiyyətli bentonit tozunun emalı zavodu, bürünc və plasmasdan məhsulların istehsalı, həmçinin polipropilen boruların istehsalı, çınqıl istehsalı üzrə müəssisə və s.

Gəncə şəhəri və regionun özü Azərbaycanı və Gürcüstanı, ordan isə bütün Qaradəniz regionunu birləşdirən dəmiryolu və avtomobil yolları üzərində yerləşir, bu isə bu regionun “İpək Yolu” nəqliyyat dəhlizi programında mühüm bir rol oynadığını göstərir.

Gəncədə, Daşkəsəndə, Qazaxda, Xanlarda, Yevlaxda və regionun başqa şəhərlərində fəal yaşayış tikintisi aparılmaqdadır. Son 3 il ərzində mənzillərin qiymətləri 5 dəfədən çox artmışdır və artmağa davam edir. Azərbaycan şəhərlərinin su ilə təminatının təkmilləşdirilməsi üzrə layihə çərçivəsində Gəncədə və Şəmkirdə su təchizatı və kanalizasiya sistemlərinin yeni növbələrinin tikintisi aparılmaqdadır.





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ MEHMANXANA
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  04/09/2010 05/09/2010
USD 0.8035 0.8035
EUR 1.0276 1.0300
GBP 1.2400 1.2391
RUR 0.0261 0.0262
HAVA



WestAzBuild is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek